Xəbər lenti

“Bizə din qardaşları qan qardaşlarından daha çox yaxındır...” 

Xəbər verildiyi kimi, Rusiyada qadağan olunmuş faşist təmayüllü Nasional Bolşevik Partiyasnın lideri, qatı millətçi Eduard Limonov işğal altındakı Azərbaycan torpaqlarındakı qanunsuz səfərini davam etdirir. 
Moderator.az xəbər verir ki Qarabağa türklərə nifrət etdiyi üçün gəldiyini açıq şəkildə vurğulayan rusiyalı faşist bu səfəri barədə Rusiya mediasında məqaləsi dərc olunub. 
Məlum olur ki, qondarma “dqr” “müdafiə naziri” Levan Mnatsakanyanla görüşüb. Daha sonra onu  podpolkovnik Armenin və daha iki erməni hərbçisinin müşaiyəti ilə təmas xəttinin Gülüstan kəndi istiqamətinə, işğalçı qüvvələrin 20 nömrəli postuna gətiriblər. Limonov erməni səngərinin ambrazurundan Gülüstan kəndinə tərəf boylanıb, kənddən “ermənilərin qovulduğunu, azad ediləcəyi günü gözlədiyini yazıb. Qarabağın  planetin bu hissəsində ən ucqar xristian torpağı olduğunu vurğulayan E.Limonov daha sonra yazır:”Qarabağ ermənilərinin hətta ən kiçik kənd məktəblərində Rusiya Federasiyasının gerbi asılıb, ədəbiyyat kabinələrində Lermontov başda olmaqla rus şair və yazıçılarının portretləri vurulub. Odur ki, onlar bizə bu günədək Rusiyaya sadiqliyi ilə öyünən bütün digər xalqlardan, hətta slavyan Çernoqoriyadan da daha çox lazımdır.
Bizə din qardaşları qan qardaşlarından az yox, əksinə, daha çox yaxındır. Orta əsr xristian mədbədləri torpağı(Qarabağı nəzərdə tutur-S.L) diqqət və  dəstəyə layiqdir. Əbləh olmaq lazım deyil –biz uzun müddət əbləh olmuşuq”...
P.S. Yəqin Rusiya prezidenti V.Putinin, eləcədə xarici işlər naziri S.Lavrovun bu avara E.Limonovun Azərbaycanın işğal altındakı torpaqlarındakı qeyri-qanuni səfərindən və yazdıqlarından xəbərləri yoxdur. Olsa, çoxdan dərsini verərdilər. Necə ki, Dvornikovların, Sterliqovların və s. dərsini veriblər...

 




Ana səhifəyə qayıt        Baxış: 977          Tarix: 10-06-2017, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma