Xəbər lenti

"Bilindiyi kimi, Beynəlxalq Avrasiya Hərəkatının lideri, rus filosofu Aleksandr Duqin Bakıdadır. Ötən gün onun əvvəllər səsləndirdiyi "Qarabağın qaytarılması istisnadır" kimi bir mövqeyə Azərbaycanın maraqlarından çıxış edərək sərt münasibət bildirmişdik. Ancaq mətbuatdan izlədiyim qədər Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəlməkdədir. Xüsusilə də 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın da ən azı gələcəkdə qaytarılmasının mümkünlüyü, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasının vacibliyi kimi fikirlərin Rusiya ictimai rəyinə təsir göstərən bu şəxs tərəfindən səsləndirilməsi hər halda düşüncələrində müsbət dəyişikliklər olduğunu göstərir. Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin ancaq faydasına olardı. Çünki Qarabağın taleyində istəsək də, istəməsək də aparıcı sözə bu dövlət sahibdir. Bir çox hallarda ABŞ-ın, Fransanın təklifləri bizim üçün daha təhlükəlidir. Gör vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Orada sırf erməni diasporasının mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından formalaşır. Bu səbəbdən də Rusiyadə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməmiz lazımdır. Söhbət arzuladığımız nəticəni əldə etməkdən getmir, mövcud reallıqları müsbət istiqamətdə dəyişməkdən gedir."

 
Fazil Mustafa, millət vəkili /Mənbə Moderator.az/



Ana səhifəyə qayıt        Baxış: 993          Tarix: 3-05-2017, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma