Xəbər lenti
		Bu gün, 17:52
	
	
	
		Bu gün, 16:00
	
	
	
		Bu gün, 12:00
	
	
	
		Bu gün, 09:30
	
	
	
		Dünən, 19:47
	
	
	
		Dünən, 14:30
	
	
	
		Dünən, 11:30
	
	
	
		Dünən, 10:00
	
	
	
		2-11-2025, 21:30
	
	
	
		2-11-2025, 18:14
	
	
	
		2-11-2025, 14:30
	
	
	
		2-11-2025, 13:44
	
	
	
		2-11-2025, 13:00
	
	
	
		2-11-2025, 10:30
	
	
	
		2-11-2025, 09:30
	
	
	
		1-11-2025, 23:19
	
	
	
		1-11-2025, 21:17
	
	
	
		1-11-2025, 19:30
	
	
	
		1-11-2025, 18:30
	
	
	

Sosial media üzərindən bir təxribatçı video yayılıb.
Musavat.com xəbər verir ki, həmin videonun rusca səsləndirməsinə görə, guya indi təqdim etdiyimiz bu video-parçanı Bakıda olan ermənilər
çəkib, yayıblar. Əslində isə bunlar yalandır. İlk baxışdaca bilinir ki, video ayrı çəkilib, ermənilərə aidiyyatı yoxdur; səs isə qapalı şəraitdə, qeyri-
peşəkar tərəfindən videonun üstünə vurulub. Səsləndirilən qısa mətndə isə erməni həyasızlığı və xəstə iddialar öz əksini tapıb. Video-
səsləndirmədə Azərbaycan və Bakı bütövlükdə qədim Ermənistan ərazisi kimi təqdim olunur. Səsləndirmənin mabədində isə ölkəmizin hüquq -
mühafizə və xüsusi xidmət orqanlarına mesaj yer alıb. Guya onlar ayıq-sayıq deyillər və ermənilərin sərbəst şəkildə Bakıya gedib-gəlmələrindən
xəbər tuta bilmirlər.
Musavat.com bildirir ki, bu iddialar da yalandır. Pandemiya müddətində, quru sərhədlərimizin bağlı, hava sərhədlərimizin məhdudlaşdırıldığı bir dönəmdə bədnam ermənilər haradan və necə Bakıya gələ, burada əylənib, sonra da əllərini, qollarını sallaya- sallaya geri dönə bilərlər? Bütün bunlar növbəti erməni yalanlarından, fırıldaqla rəy yaratmaq təşəbbüsündən başqa bir şey deyil.
Sonda, sözügedən videonu təqdim edirik. Özünüz baxın, rəy verin, hətta istəsəniz, ermənilərə layiq olduqları sözləri yazın. Bunun üçün Youtube platformamızda və saytımızda şərh yazmaq imkanları var.
Musavat.com
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
 
 
 
 





















