Xəbər lenti



“Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bu siyasətin mahiyyəti, ilk növbədə, bizim izlərimizi oradan silməkdir: “Bunun üçün onlar üç istiqamətdə iş aparıblar. Birincisi, İslam məbədlərini, məscidləri, ziyarətgahları dağıdıblar. İkincisi, İslam məbədlərini başqa xalqın mədəniyyətinin nümunəsi kimi təqdim edib, yəni özgəninkiləşdiriblər. Üçüncü istiqamət isə alban məbədlərinə olan münasibət idi ki, burada isə onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı”.

Sədr müavini bildirib ki, işğal altında olan 128 alban məbədinin, demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqorian kilsəsinə çevrilib.



Ana səhifəyə qayıt        Baxış: 1 463          Tarix: 14-01-2021, 19:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma