Xəbər lenti

 

Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xocavənd rayonunun Tuğ kəndində daha bir tarixi abidəmiz “erməni kilsəsi” adı altında "bərpa olunur".
Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, “Müqəddəs İoan kilsəsi” adladırılmış abidə erməni xeyriyyəçilərin vəsaiti hesabına "bərpa edilir". 
Qeyd edək ki, çar Rusiyası və sovet dövründə ermənilərlə azərbaycanlıların birgə yaşadığı Tuğ kəndində, son məlumatlara görə, digərləri ilə yanaşı, 4 qədim Azərbaycan məbədi də var. 
Separatçı erməni rejimi kəndin ərazisində “tarixi-mədəni qoruq” yaradaraq bölgəyə turist axınını  gücləndirməyə çalışır.  Neçə ildir ki, hər yay Tuğda “şərab festivalı” keçirilir...
Dünən xəbər verdiyimiz kimi, kəndə asfalt yol da çəkilir.
Xatırladaq ki, son 20-25 ildə işğal altındakı torpaqlarımızda dədə-babalarımızın xristianlıq inancı ilə yaşadıqları dövrə aid onlarla kilsə və məbəd erməniləşdirilib.



Ana səhifəyə qayıt        Baxış: 647          Tarix: 20-08-2019, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma