Xəbər lenti

  Bu gün Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmış bank eksperti, hüquqşünas Əkrəm Həsənov artıq evdədir.

Ə.Həsənovun özünün sözlərinə görə, dindirmə təxminən 1 saat 40 dəqiqə davam edib.

Məlum olub ki, aparıcı bank ekspertindən ölkənin üç bankı - VTB, Bank of Baku və Bank Respublika (Moody's agentliyi bir az əvvəl məhz onların reytinini aşağı salmışdı) şikayət verib.

Əkrəm Həsənovun virtualaz.org-a bildirdiyinə görə, Baş Prokurorluqda ondan soruşublar ki, həqiqətənmi bank sistemini "dağıtmaq" istəyib.

"İzah etdim ki, tam əksinə. Və mənə elə gəldi ki, həmsöhbətlərim arqumentlərimi qəbul etdilər. Axı mən öz yazılarımda, ilk növbədə də haqqin.az və virtualaz.org üçün yazdığım yazılarda dövlətin maraqlarının medafiəçisi kimi çıxış edirəm. Yeri gəlmişkən, maraqlı bir məqam da oldu. Biz Bank Standart-ın kreditorlar komitəsinin iclasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyi qərara almışıq və mən bu haqda idarənin əməkdaşlarına məlumat verdim", - deyə Ə.Həsənov qeyd edib.

Ə.Həsənov bildirib ki, ona öz yazılarında ehtiyatlı olmağı məsləhət görüblər.

Taleyi üçün narahat olanların hamısına təşəkkür edən ekspert sonda deyib: "Vurğulamaq istəyirəm ki, mənə nəzakətli münasibət göstərdilər".

**

21.38

Məşhur bank eksperti, hüquqşünas Əkrəm Həsənov bu gün Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb.

Əkrəm Həsənovun virtualaz.org-a bildirdiyi kimi, bu gün Bank Standard kreditorları komitəsinin iclası olub və o orada iştirak edib.

"Mən buradan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedəcəyəm, məni Maliyyə Nəzarəti üzrə Palatanın şikayətinə əsasən çağırıblar", - Həsənov bildirib.

Səbəb, ekspertin qeyd etdiyi kimi, mətbuatdakı yazılarıdır.

Hüquqşünas söz verib ki, baş verənlərlə bağlı bizi məlumatladıracaq.

Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 1 226          Tarix: 24-06-2017, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma