Xəbər lenti

 
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayətini qəbuledilməz olduğuna qərar verib.
 
Ovqat.com xəbər verir ki, AİHM 18 fevral 2021-ci il tarixində “Səmədov - Ermənistana qarşı” şikayəti üzrə qərarını yayımlayıb.
 
Səmədov soyadlı Azərbaycan vətəndaşı I Qarabağ müharibəsi zamanı ermənilərin Kəlbəcərdə onun mülkiyyətini ələ keçirməsi və özünün ailəsi ilə birlikdə yurd-yuvasından didərgin salınması ittihamı ilə Ermənistanı AİHM-nə şikayət edib. Məhkəmə isə şikayəti gecikmiş addım kimi qiymətləndirərək geri çevirib.
 
Məhkəmə hökmündə qeyd olunur ki,  Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasını təsdiqləməsindən altı il keçəndən sonra – 2008-ci ildə AİHM-ə şikayət göndərilib. Üstəlik, şikayətçinin mülkiyyət hüququ ilə ona aid olan evdən məcburi köçürülməsinin üzərindən 15 ildən çox vaxt keçib. 
 
Belə bir şəraitdə, Avropa İnsan Hüquqları Məhkəməsi şikayətçinin qaçqın statusunu da nəzərə alaraq, Konvensiyanın təsdiqlənməsindən altı il sonra ərizə verməsini gec hesab edir. Avropa Məhkəməsi şikayətin qəbulolunmazlığına qərar verir”,-məhkəmə hökmündə belə deyilir.
 
Şikayətçi 1993-cü ildə işğal olunan Kəlbəcərdən məcburi köçürülmüşdü.


Ana səhifəyə qayıt        Baxış: 4 280          Tarix: 20-02-2021, 07:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma