Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
INDEPENDENT, Böyük Britaniya 11.06.2021 Müəllif: Fil Blanş AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov əmindir ki, COVID-19 pandemiyası fonunda Uels azarkeşləri Bakıda təhlükəsizlikdə olacaqlar. 2 minədək uelsli tərəfdar təxminən 3 min mil uzaqda, Xəzər dənizinin sahilində yerləşən Bakı şəhərinə səfər edəcək. Onlar bu şəhərdə Avro-2020 çərçivəsində Uels millisinin İsveçrə və Türkiyə ilə oyunlarını izləyəcəklər. Doğrudur, Uels hökuməti Azərbaycanı COVID-19 pandemiyası üzündən gedilməsi tövsiyə olunmayan ölkələr siyahısına salıb. Buna rəğmən, uelsli azarkeşlər Azərbaycana gedəcəklər. Uels hökumətinin qərarına əsasən, onlar Uelsə qayıtdıqdan iki və səkkiz gün sonra COVID-19 testi verməli və 10 gün karantində qalmalıdırlar. Amma Azərbaycanda yoluxma hallarının azalması ölkə boyu məhdudiyyətlərin yumşaldılması ilə nəticələnib: ötən ay bar və restoranlar açılıb, iyunun 1-dən isə açıq havada maska taxılması məcburiyyəti aradan qaldırılıb. “Hələ ki, normal həyata qayıtmamışıq, lakin buna çox yaxınıq”, - deyə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov PA xəbər agentliyinə bildirib: “Restoranlar, barlar və ekskursiya turları açıqdır. Stadionlarda maska taxmaq məcburiyyəti də yoxdur”. Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda havanın orta hərarəti 28 dərəcədən bir az yuxarıdır. Bu da pandemiya ilə bağlı vəziyyətin yaxşılaşdığına ümid yaradır: “Tərəfdarların viza ala bilməsi üçün PCR testinin neqativ olması kifayət edir. Onlara karantin tətbiq edilməyəcək. Əminik ki, azarkeşlər təhlükəsiz şəraitdə olacaqlar. Yoluxma riskini minimuma endirmək üçün “Fan-zona”lar belə, təşkil etməmişik”. AFFA rəsmisi onu da deyir ki, onlar Uels hökumətinin Azərbaycanı hələ də pandemiya ilə əlaqədar səfər edilməsi tövsiyə olunmayan ölkələr siyahısında saxlamasından məyusdurlar: “Əlbəttə, bu, bizi məyus edir. Halbuki, futbol üzrə Avropa çempionatı Azərbaycan daxil olmaqla, Avropa ölkələrində 15 aylıq karantin dövründən sonra əla fürsət idi. Azərbaycanda yoluxmanın azaldığını, qadağaların yumşaldıldığını nəzərə alsaq, futbol azarkeşləri üçün şərait daha rahat olmalıdır. Söhbət təkcə Bakıdan deyil, həm də Roma və çempionata ev sahibliyi edəcək digər şəhərlərdən gedir”. Xatırladaq ki, Uels bu həftənin şənbə günü İsveçrəyə qarşı ilk oynunu keçirəcək. Qarşılaşmanı təxminən 70 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadioununda 10 min tərəfdarın izləyəcəyi gözlənilir. Matçı 750 isveçrəli azarkeş də izləyəcək. Ümumilikdə isə tərəfdarların əksəriyyəti azərbaycanlılar olacaq. Elxan Məmmədov düşünür ki, onların əksəriyyəti Uelsi dəstəkləyəcək. “Mən Uels və İsveçrənin futbol federasiyalarına dedim ki, sosial şəbəkələrdə futbolçular nöqteyi-nəzərdən hansı komanda daha fəaldırsa, azərbaycanlı tərəfdarlar onları dəstəkləyəcək. Amma İsveçrə Futbol Federasiyasına Uels millisinin heyətində Qaret Beylin olduğunu xatırlatmaq istəmədim. O, yerli azarkeşlərin rəğbətini qazanıb və bu, çox vacib amildir”, - deyə Elxan Məmmədov bildirib. Uelsin Türkiyəyə qarşı keçirəcəyi qarşılaşmasını isə təxminən 30 min tərəfdarın izləyəcəyi gözlənilir. Bu oyun gələn həftənin çərşənbə günü keçiriləcək. Azərbaycanla Türkiyə arasında sıx mədəni-iqtisadi əlaqələr var. Odur ki, Türkiyədən Bakıya təxminən 6 min azarkeşin gələcəyi gözlənilir. Uelsin “A” qrupundakı son oyunu İtaliyaya qarşı olacaq. Bu matç iyunun 20-də Romada keçiriləcək. Qeyd edək ki, Uels millisinin futbolçuları qrupdakı hər 3 oyundan öncə diz üstə çökərək irqçiliyə etiraz edəcəklər. “Azərbaycanlı tərəfdarlar buna hörmətlə yanaşacaqlar. Çünki irqçiliyə qarşı kampaniyanı birlikdə aparırıq. Azərbaycan hər zaman UEFA-nın “İrqçiliyə yox!”, “Hörmət!” kampaniyalarında həmrəylik nümayiş etdirib”, - deyə Elxan Məmmədov bildirib. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar