![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 13:31
Bu gün, 12:13
Bu gün, 11:51
Bu gün, 00:02
Dünən, 21:30
Dünən, 18:17
Dünən, 18:00
Dünən, 15:00
Dünən, 13:47
6-02-2025, 22:56
6-02-2025, 21:56
6-02-2025, 21:30
![](/uploads/posts/2021-06/1623574990_monte-melqonyan-.jpg)
“Montenin doğum günündə kapitulyant (Paşinyan hakimiyyəti) Kəlbəcəri təslim etdi.
Montenin ölüm günündə isə Ağdamın minalanmış ərazilərinin xəritəsini düşmənə təhvil verdi.
Xatırladım: Monte Kəlbəcəri azad etdi və Ağdam uğrunda ölüb”.
Ovqat.com-un məlumatına görə, bu sözləri Rusiya Beynəlxalq Münasibətlət Şurasının mütəxəssisi Sergey Melkonyan öz Telegram səhifəsində yazıb.
Bəs, onun bəhs etdiyi bu Monte kimdir?
Erməni terrorçu başı olan Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olub. Kəlbəcər də 25 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə təhvil verilib. Demək ki, Sergey Melkonyanın ilk iddiası doğrudur.
İkinci iddia ilə saf-çürük etməmişdən Monte Melkonyanın kimliyinə nəzər salaq:
Kəlbəcərin işğalına komandanlıq edən Monte Melkonyan Qarabağdan əvvəl Livanda terrorçuluqla məşğul olub. O, 1978-ci ildə Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşüb. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etməsiylə ün qazanıb. Həmin ilin noyabrında Fransa polisi onu həbs edib, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunub. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törədib və sonda Fransa hökuməti erməni terrorizmi qarşısında ağ bayraq qaldırıb. Melkonyan guya Livana deportasiya edilib, lakin bir müddət sonra saxta sənədlərlə yenidən Fransaya qayıdıb. Bu müddət ərzində o Fələstin Azadlıq Təşkilatı ilə sıx əlaqə saxlayıb. Dolayısıyla erməni-yəhudi düşmənçiliyinin böyüməsində Melkonyanın da özünəməxsus rolu var.
1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Nəticədə 8 nəfər həlak olub, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum olunub. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılıb və o, 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. Ancaq orada da çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşayıb.
1990-cı ildə Melkonyan Ermənistana gəlib və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə keçib. Xocavəndin işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinə rəhbərlik edib. Daha sonra Kəlbəcərin işğalında önəmli rol oynayıb. Yəni əliyalın insanları öldürməklə ün qazanıb. 1993-cü ilin iyunun 12-də isə Ağdamının Mərzili kəndində Azərbaycan əsgərləri tərəfindən öldürülüb. Ölümündən tam 28 il keçəndən sonra isə Ağdamın mina xəritəsi İrəvan tərəfindən Azərbaycana təhvil verilib. Göründüyü kimi, Sergey Melkonyan bu məsələdə də haqsız deyil.
Deyəsən, bu maraqlı təsadüflər Paşinyanın növbəti baş ağrısına çevriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər