Xəbər lenti

 
Türkiyədə meşə yanğınlarının cəmi 57%-i nəzarət altına alınıb.
 
Ovqat.com xəbər verir ki, Türkiyənin Meşə və Kənd Təsərrüfatı naziri Bəkir Pakdəmirli bunu bildirib.
 
Nazirin sözlərinə görə, hazırda "3 təyyarə, 9 pilotsuz helikopter, 1 su tankeri, 38 helikopter, 680 yanğınsöndürən, 55 işçi maşını və 4 min əməkdaş” yanğın sahəsində çalışır.
 
Yanğının 60-dan çox meşə zolağında baş verdiyini nəzərə alsaq, bu texnikaların kifayət qədər olmadığı anlaşılır.
 
Məsələ burasındadır ki, yanğınlar eyni anda müxtəlif yerlərdə çıxıb və Türkiyənin texnika bazası bu qədər geniş miqyaslı hadisə üçün hesablanmayıb. Qardaş ölkənin dost dövlətlərdən gələcək ciddi dəstəyə ehtiyacı var.
 


Ana səhifəyə qayıt        Baxış: 5 105          Tarix: 30-07-2021, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma