Xəbər lenti


9-10 avqust tarixlərində KTMT Baş katibi Stanislav Zas Ermənistanın siyasi rəhbərliyi ilə müzakirələr aparmaq üçün Ermənistanda olacaq. Zasın səfərinin konkret gündəliyi səsləndirilməyib, lakin ümumi diqqət Ermənistan-Azərbaycan sərhədindəki təhlükəsizlik məsələlərinə, mövcud gərgin vəziyyətə və yumşaq desək, KTMT-nin bu məsələyə yanaşmasına yönəlib.

Eyni zamanda bir neçə gün öncə İrəvan KTMT-yə təklif etdi ki, təşkilat müdaxiləyə ehtiyac olmadığını düşünürsə, sərhəddə müşahidəçilər yerləşdirilsin.

Ermənistanın nüfuzlu “1in.am” nəşri yazıb ki, Stanislav Zas Paşinyanın dodaqlarından səslənən bu təklifin detallarını müzakirə etmək və artıq KTMT üzvü olan ölkələrin rəhbərləri səviyyəsində məsələni müzakirə etmək üçün müvafiq prosesləri həyata keçirmək məqsədilə Ermənistana gəlib, yoxsa əksinə Zas Ermənistana gəlib ki, Ermənistana qarşı artıq hər hansı sual qoymamaq və təşkilatın məsuliyyətsiz, mənasız təbiətini növbəti dəfə ifşa etməmək məsələsini müzakirə etsin?

“2021-ci ilin sentyabrında KTMT-yə sədrlik Ermənistana keçir. Buna qədər İrəvandan edilən müşahidələr göstərir ki, İrəvan bu sədrlik dövründə statusdan istifadə edərək məsələlər qalıdıra və ya gündəmlər formalaşdıra bilər. Bunlar KTMT üzvü olan ölkələr üçün həqiqətən olduqca əlverişsizdir. Bu ölkələr bu illər ərzində, ən azından 10-12 il ərzində açıq şəkildə göstərdilər ki, ittifaqın üzvü olan Ermənistanla müqayisədə təşkilatın üzvü olmayan Azərbaycanla daha yaxın və daha dərin hərbi-siyasi münasibətlər içərisindədirlər.

Zasın Ermənistan səfəri ilə əlaqədar bir hal birmənalıdır ki, səfər Ermənistanın problemlərinə və Ermənistan-Azərbaycan məsələsinə qarşı KTMT-nin davranışını tamamilə dəyişməyəcək. Nəzərə alaq ki, KTMT üzvlərindən hamısı olmasa da, böyük əksəriyyət əslində Ermənistanla müqayisədə Azərbaycana daha çox müttəfiqdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az




Ana səhifəyə qayıt        Baxış: 4 977          Tarix: 10-08-2021, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma