Xəbər lenti
Dünən, 19:25

 
Bu gün Azərbaycan rəhbərliyi Zəfər günü münasibətilə Şuşada müxtəlif tədbirlər keçiriblər. Daha sonra onlar Türkiyədən ölkəmizə gələn hərbi heyət ilə görüşüblər. Bir sözlə, xalqımızın ən böyük bayramında rəsmilərimiz bir an belə, boş dayanmayıblar.
 
Ovqat.com-un məlumatına görə, Şuşada tədbirlərə qatılanlar arasında bir nəfər üçün bu gün ikiqat əlamətdar gün olub.
 
Söhbət DTX-nin rəisi general-polkovnik Əli Nağıyevdən gedir. Belə ki, bu gün Əli Nağıyevin anadan olmasının 63-cü ili tamamlanır. Zəfər bayramını Şuşada iş başında keçirən Əli Nağıyevin yəqin ki, ad günü yadına da düşməyib.


 
Xatırladaq ki, Əli Nağıyev I Qarabağ döyüşlərində iştirak etmiş nadir kadrlardandır. Onun həmin zamanlarda ən çox müdafiəsində dayandığı yerlərdən biri isə Şuşa və Şuşa ətrafı ərazilər idi. 44 günlük müharibədə də Şuşanın işğaldan azad olunmasında Əli Nağıyev xüsusi xidmətləri ilə seçilib. Müharibədən sonrakı dövrlərdə də biz onu tez-tez bu şəhərə etdiyi səfərlərdə görürdük. Qismətə bax ki, Şuşanın işğaldan azad olunması və Zəfər bayramı da onunla eyni gündə “doğuldu” 


 
Görünür, general-polkovnikin taleyinə ən çətin və sevincli günlərində Şuşa ilə bir yerdə olmaq yazılıb. Sanki Azərbaycanın ən strateji nöqtələrindən sayılan Şuşa şəhəri Əli müəllimlə eyniləşib.
 
Əli Nağıyevi hər kəsə nəsib olmayan bu eyniləşmə və ikiqat əlamətdar gün münasibəti ilə təbrik edirik.


Ana səhifəyə qayıt        Baxış: 6 023          Tarix: 8-11-2021, 16:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma