Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını rəsmi olaraq açıqlayıb. Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Qurumdan bildirilib ki, toqquşmalar nəticəsində bir hərbçi ölüb, 13 nəfər Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb, daha 24 nəfərin aqibəti barədə isə məlumat yoxdur.

Ermənistan MN həmçinin iki döyüş postunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

Ancaq qeyd edək ki, Ermənistan rəsmiləri və mətbuatı azı 15 düşmən hərbçisinin öldüyünü bildirir. Görünür, Ermənistan Müdafiə Nazirliyi əhalinin qəzəbindən qorxduğu üçün ölənləri itkin düşmüş kimi təqdim edir.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 729          Tarix: 17-11-2021, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma