Xəbər lenti
\
Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində xəsarət alanların sayı artıb. “Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib.

Koca bildirib ki, təbii fəlakət nəticəsində 38 nəfər yaralanıb, daha 4 nəfər həlak olub.
***
Türkiyənin İstanbul şəhərində başlanan qasırğa nəticəsində binaların damı uçub, qəzalar baş verib. Esenyurt və Sultanqazidə binalardan qopan hissələr dord nəfərin həyatına son qoyub. 19 nəfərin isə xəsarət aldığı bildirilir.

Bir uşağın yaralandığı bildirilir.

İzmir və Koceli bölgələrində də güclü küləyin böyük fəsadlara yol açdığı bildirilir.

Bundan əvvəl Türkiyə Sahil Mühafizəsi güclü külək səbəbindən Bosfor boğazında gəmilərin hərəkətinin dayandırılması barədə məlumat verib. Eyni səbəbdən Türk Hava Yollarına məxsus 6 təyyarə İstanbula enə bilməyib, Ankara və İzmirə göndərilib.



Ana səhifəyə qayıt        Baxış: 3 463          Tarix: 29-11-2021, 21:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma