Xəbər lenti


Avropa İttifaqı Rusiya aviaşirkətlərinə təyyarə və aviasiya avadanlıqların satışını qadağan edəcək.

Ovqat.com
-un məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bldirib.

Bundan əvvəl Aİ ölkələri liderlərinin fövqəladə sammitdə Rusiyanın maliyyə, enerji və nəqliyyat sektorlarına, ikitəyinatlı mallara və viza siyasətinə təsir edəcək yeni sanksiyalarla bağlı razılığa gəlindiyi xatırladan fon der Leyen aviasiya qadağalarının da Rusiya iqtisadiyyatına ağır zərbə vuracağına inanır:


"Biz bütün təyyarələrin, ehtiyat hissələrinin və avadanlıqların Rusiya aviaşirkətlərinə satışını qadağan edəcəyik. Bu, Rusiya iqtisadiyyatının əsas sektorunun və ölkənin rabitə imkanlarının deqradasiyasına gətirib çıxaracaq. Rusiyanın hazırda hava donanması kommersiyasının dörddə üçü Avropa İttifaqı, ABŞ və Kanadanın payına düşür. Ona görə də Rusiya mülki aviasiyası ciddi şəkildə bu ticarət əlaqələrindən asılıdır”, - deyə fon der Leyen bildirib.

O, həmçinin qeyd edib ki, Avropanın yeni enerji sanksiyaları Rusiya neft emalı zavodlarının modernləşdirilməsini “qeyri-mümkün edəcək”. Bundan əlavə, Rusiyanın yarımkeçiricilər və ən son proqram təminatı kimi “vacib texnologiyalara” çıxışı məhdudlaşdırılacaq.





Ana səhifəyə qayıt        Baxış: 5 572          Tarix: 25-02-2022, 08:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma