
Xəbər lenti
Bu gün, 10:05
Bu gün, 09:34
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19

Dünyanın ən güclü ikinci ordusu hesab olunan Rusiyanın Ukraynadakı uğursuz hərbi əməliyyatları bu düşüncənin sadəcə mifdən ibarət olduğunu bütün dünyaya göstərdi. Amma əslində Əfqanıstandakı biabırçı məğlubiyyət və rus-çeçen müharibələrinin nəticələri Rusiya ordusunun hansı vəziyyətdə olduğunun siqnallarını öncədən vermişdi.
Rusların Ukraynadakı uğursuz hərbi əməliyyatları da bir növ bu müharibələrin nəticələrinə bənzəyir. Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandıran və işğalı bir-iki həftəyə yekunlaşdıracağını düşünən ruslar, hazırda düşdükləri bataqlıqdan xilas olmağın yollarını axtarırlar.
Rusiyanın bir aydan artıqdır davam etdirdiyi müharibədə ən böyük nailiyyəti isə minlərlə canlı qüvvə və hərbi texnika hesabına işğal edə bildiyi bir neçə kiçik şəhər və qəsəbədir.
Ukrayna Prezidenti Volodimir Zelenski də son çıxışlarının birində rus odusunun Ukraynada itirdiyi hərbçi sayına diqqət çəkərək, Rusiyanın yaxın tarixdəki müharibələrdə bu qədər itkisinin olmadığını xatırladıb: “Rusiya son 30 ildə Ukraynadakı qədər hərbi texnika və canlı qüvvə itirməyib. Hətta qanlı çeçen müharibələrinin itkiləri də indikindən çox deyildi”.
Rusiyanın hərb tarixinə nəzər saldıqda da aydın olur ki, əldə olunan nəticələr qarşılığında rusların müharibə itkiləri hər zaman kifayət qədər böyük olub.
“AzPolitika.info” internet resurslarındakı məlumatlar və rəsmi mənbələr əsasında bu mövzunu araşdıraraq, Rusiyanın son müharibələrdə nə qədər hərbçi itirdiyini öyrənməyə çalışıb. Həmin araşdırmanı təqdim edirik:
- 1914-1918-ci illərdə baş verən Birinci Dünya müharibəsində 3 milyondan artıq rus hərbçisi öldürülüb;
- 1918-1921-ci illərdə Rusiyada başlayan vətəndaş müharibəsində 1,5 milyondan çox rus hərbçisi həlak olub;
- 1936-1939-cu illərdə İspaniyada baş verən vətəndaş müharibəsinə hərbi yolla müdaxilə edən SSRİ-i 189 hərbçisini itirib;
- 1939-1945-ci illərdə baş verən İkinci Dünya müharibəsi zamanı Sovet ordusunun 16 milyondan çox hərbçisi həlak olub;
- 1945-ci ildə baş verən Sovet-Yapon müharibəsində 12 mindən artıq rus hərbçi ölüb;
- 1956-cı ildə Macarıstanda başlayan üsyana müdaxilə edən SSRİ qüvvələri bu zaman 700 hərbçisini itirib;
- 1968-ci ildə SSRİ qoşunlarının Çexoslovakiyaya müdaxiləsi və “Praqa baharı”nın hərbi yola yatırılması zamanı 84 hərbçisi həlak olub;
- 1979-cu ildə başlayan və SSRİ-nin süqutunu sürətləndirən Əfqanıstandakı hərbi əməliyyatlar 1989-cu ildə rusların məğlubiyyəti ilə nəticələndi. Rəsmi mənbələrə görə, 620 min nəfərlik qoşunla Əfqanıstana daxil olan Sovet ordusu 10 il ərzində 5-i general olmaqla 14751 hərbçi, 451 helikopter və təyyarə, 147 tank, 443 top və 11 mindən artıq hərbi avtomobil itirib. Müharibə zamanı yaralanan və müxtəlif xəstəliklərə yoluxan əsgərlərin sayının 470 min civarında olduğu bildirilir;
- 1992-ci ildə Moldovada Dnestryanı ərazidə başlayan daxili münaqişədə separatçı qüvvələrə hərbi dəstək verən Rusiya, bu döyüşlərdə 913 hərbçisinin öldüyünü etiraf edib;
- 1992-ci ildə Gürcüstanda başlayan Osetiya-İnquşetiya müharibəsinə müdaxilə edən rusların bu döyüşlərdə 27 hərbçisini itirdiyi bildirilir;
- 1992-1994-cü ilərdə Gürcüstan-Abxaziya müharibəsinə müdaxilə edən Rusiya 2220 hərbçisini itirib;
- 1992-1997-ci illərdə Tacikistanda baş verən vətəndaş müharibəsinə müdaxilə edən Rusiya, bu münaqişədə 302 hərbçisinin öldüyünü etiraf edib;
- 1994-1996-cı illərdə baş verən Birinci Çeçenistan savaşında 5552 rus hərbçisi öldürülüb;
- 1999-2009-cu illərdə baş verən İkinci Çeçenistan müharibəsində Rusiya 7300 hərbçi itirib;
- 2008-ci ildə Rusiyanın Cənubi Osetiya və Abxaziyanı işğalı zamanı 170 hərbçisini itirdiyi bildirilir;
- 2015-ci ildə Suriyaya daxil olan Rusiya indiyə qədər 444 hərbçisinin öldüyünü açıqlayıb;
- 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlayan və hələ də davam edən müharibədə rusların 17 minə yaxın canlı qüvvə itirdiyi bildirilir.
Bu hesablamalara əsasən, hazırda davam edən Ukrayna müharibəsi də daxil olmaqla, Rusiya son 100 ildə 20 milyon 513 mindən artıq hərbçisini itirib. Qeyd edək ki, bu hesablamalar dövlət qurumlarının rəsmi açıqlamaları və internet resurlarındakı mənbələr əsasında aparılıb. Qeyri-rəsmi mənbələrdə Rusiyanın bu müharibələrdəki itkilərinin bir neçə dəfə artıq olduğu bildirilir.
Onu da qeyd etmək lazımdır ki, bu müharibələr həm də Rusiyanın haqsız, işğalçı və imperialist ideologiyalar əsasında getdiyi ölkələrdə törətdiyi qırğınların bariz nümunəsidir. Rusiyanın illərdir davam etdirdiyi işğal siyasəti yüz minlərlə günahsız insanın ölümünə səbəb olub. Nəzərə alsaq ki, ölənlərin böyük əksəriyyəti gənclərdir, bunun Rusiyanın genefonduna nə qədər böyük zərbə vurduğunu müəyyən etmək çətin olmaz. Əfqanıstanda, Suriyada və digər ölkələrdə apardığı müharibələrlə günahsız insanları öldürən rus ordusu indi də eyni ssenarini Ukraynada təkrarlayır.
Ancaq nəticə etibarı ilə, qeyd etdiyimiz hərbi əməliyyatlar və davamında Ukraynadakı uğursuzluqlar fonunda öz nüfuzuna böyük zərbə vuran Rusiya, yəqin ki, bundan sonra qonşu ölkələr üzərində hegemonluq hərəkətlərini nümayiş etdirə bilməyəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər