Xəbər lenti

 

“Həzi Aslanov” – “İçərişəhər” istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar Nərimanov stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır.

Bu sözləri Axar.az-a Bakı Metropolitenin İstimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev bu gün səhər saat 08:45 radələrində metronun “Nərimanov” stansiyasına daxil olan qatarın iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapıları açmaması səbəbindən danışarkən deyib.

Onun sözlərinə görə, qatarda heç bir texniki problem baş verməyib:

“Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır. Ona görə də qatar “Gənclik” staniyasına gedib və sərnişinlər orada qatarı tərk ediblər”.

Qeyd edək ki, bu gün metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb. Səhər saat 08:45 radələrində metronun “Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Bütün vaqonları sərnişinlə dolu olan qatar “Gənclik” stansiyasına gedib.




Ana səhifəyə qayıt        Baxış: 1 170          Tarix: 12-07-2017, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma