
Xəbər lenti
Bu gün, 11:53
Dünən, 18:17
Dünən, 10:05
Dünən, 09:34
23-02-2025, 23:10
23-02-2025, 22:48
23-02-2025, 21:25
23-02-2025, 20:17
23-02-2025, 19:15
23-02-2025, 18:28
23-02-2025, 17:31

II Dünya müharibəsinin bitməsindən 80 ilə yaxın vaxt keçir. Amma indiyədək həmin illərdə həlak olan sovet əsgərlərinin qalıqlarının axtarışı davam edir. Xüsusilə Rusiyanın Leninqrad rayonu ərazisində hər il minlərlə əsgərin qalıqları aşkarlanır.
Ovqat.com Leninqrad vilayət administrasiyasına istinadən xəbər verir ki, 2021-ci ilin axtarış tədbirləri nəticəsində 2694 sovet əsgərinin qalıqları tapılıb.
"Onlardan 247 nəfərinin adını şəxsi əşyalarına əsasən müəyyənləşdirmək mümkün olub. 2020-ci ildə Ümumrusiya Yaddaş Saatı layihəsi çərçivəsində axtarış çalışmaları 47 rayonun 16 bölgəsində aparılıb. 2020-ci ildə axtarış qrupları Sovet-Fin və Böyük Vətən müharibələri illərində həlak olmuş 3254 sovet əsgərinin qalıqlarını tapıb dəfn ediblər. Onlardan 64-nün şəxsiyyəti müəyyən edilib", - Leninqrad vilayətinin Mühafizə Komitəsinin sədri Vladimir Tsoy mətbuata açıqlamasında bildirib.
Bildirildiyinə görə, təkcə Leninqrad vilayətində həlak olmuş təxminən 400 min əsgərin meyiti hələ də tapılmayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər