Xəbər lenti

“Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsidir və orada yaşayan vətəndaşlarımız Azərbaycanın digər rayon və şəhərlərinə qeydiyyata düşmək hüququna malikdir. Amma təəssüf ki, biz Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlarımızın digər rayon və şəhərlərdə qeydiyyata alınması problemi ilə üzləşirik. Düşünürəm ki, bu, süni problemdir”.

Bunu TNS-ə açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlar Azərbaycan Respublikasının Konstitusiyasının verdiyi hüquqlardan istifadə edərək öz yaşayış yerlərini dəyişə və harada istəsələr qeydiyyata düşə bilərlər. Düşünürəm ki, bununla bağlı bir hüquqi problem varsa, bu, öz həllini tapmalıdır. Naxçıvan sakinləri də digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa malikdirlər. Rəsmi şəkildə bu qeyd edilməsə də, zaman-zaman biz Naxçıvan qeydiyyatında olan vətəndaşlarımızın bu kimi problemlərlə qarşılaşdığını görürük”, - politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı Azərbaycanda yaşayış yerini dəyişə bilər, istədiyi yerdə yaşaya və qeydiyyata düşə bilər.

“Bununla bağlı hər hansı problem yoxdur. Konstitusiya buna icazə verir. Amma təəssüflər olsun ki, son vaxtlarda biz Naxçıvan Muxtar Respublikası ilə bağlı əks mövqeyi görürük. Və bu məsələ Naxçıvan qeydiyyatında olan vətəndaşlarımızın narazılığına səbəb olur. Hesab edirəm ki, parlamentdə bu məsələyə baxılmalı və bu süni əngəllər aradan qaldırılmalıdır”, - Məhəmməd Əsədullazadə əlavə edib.



Ana səhifəyə qayıt        Baxış: 3 404          Tarix: 8-06-2022, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma