Xəbər lenti

Komisiya şübhəliləri müəyyən etməli, sübutları toplamalı, Kiyev, Çerniqov, Xarkov və Sumı vilayətlərindəki cinayətlər haqqında materiallar hazırlamalıdır.

Rusiyanın cinayətkarlığını araşdıran BMT-nin beynəlxalq Müstəqil komissiyası Ukraynaya gəlib.

Bu barədə Ukrayna Ali Radasının saytındakı xəbərdə söhbət açılır.

Qeyd olunur ki, AR sədrinin müavini Yelena Kondratyuk komissiya üzvləri (komisiyanın sədri Erik Mose) ilə görüş keçirib.

Kondratyuk təsdiqləyib ki, Ali Rada komissiyanın uğurlu işinə yardımçı olacaq. O, həm də xəbər verib ki, görüşün gedişində işin istiqamətləri müzakirə olunub.

Ukraynada insan haqlarının, beynəlxalq humanitar hüququn və digər hüquqların pozulması hallarını qeydə almaq üçün yaradılmış komissiya konkret tapşırıqları yerinə yetirməlidir - şübhəliləri müəyyən etməli, sübutları toplamalı və materiallar hazırlamalıdır ki, heç kim cəzadan kənarda qalmasın.

Bundan başqa, parlament başçısının sədr müavini vurğulayıb ki, təcavüz cinayətlərindən başqa, Rusiya Ukraynada çoxsaylı hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədir ki, bunlar Ukrayna xalqının genosidindən xəbər verir.

«Bizim hüquq-mühafizə orqanları 16 mindən artıq hərbi cinayətlərin və təcavüz cinayətlərinin, o cümlədən, 5 mindən artıq qətl hadisəsini və 6 min mülki şəxsin yaralanmasını araşdırır. Təəssüf ki, bu rəqəmlər hər gün artır» - Kondratyev qeyd edib.

O, əlavə edib ki, ayrı-ayrı araşdırmalar genosid cinayəti faktları üzrə aparılır.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 914          Tarix: 12-06-2022, 17:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma