Xəbər lenti

 

"Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" elektron sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb.

Ovqat.com Trend-ə istinadən bildirir ki,  bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 2017-ci ilin 6 ayı ərzində fəaliyyətinin nəticələrinə həsr olunan hesabat iclasında bildirilib.

Qeyd olunub ki, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.

Vətəndaşların rahatlığı üçün "Güzəştli mənzil" elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı, müvafiq "ASAN xidmət" mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub.




Ana səhifəyə qayıt        Baxış: 1 235          Tarix: 13-07-2017, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma