Xəbər lenti


Dünən Xankəndidəki separatçı rejimin başçısı Araik Arutunyan erməni milyarder Ruben Vardanyanı qəbul edərək, ona "dövlət naziri"vəzifəsi təklif edib. Arutunyan onu da deyib ki,o,R.Vardanyana "geniş səlahiyyət"verməyə hazırdır. 


Ruben Vardanyan varlı iş adamıdır və ötən ay Rusiya vətəndaşlıgından çıxıb. Erməni iş adamı hesab edir ki, 44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilərin vəziyyəti pərişandır və o, soydaşlarına kömək etmək istəyir. Əlbəttə, Ruben Vardanyanı Qarabağa göndərən və onu orada növbəti "canişini" kimi görmək istəyən Rusiya prezidenti Vladimir Putindir. Yəni Ruben Vardanyan Moskvanın növbəti layihəsidir. İndi ortaya sual çıxa bilər ki, əgər Vardanyan Rusiyanın layihəsidirsə,o zaman Araik Arutunyanın taleyi necə olacaq?


Təbii ki, Putin Arayik Arutunyanı Moskvaya aparmaqla, Vardanyanı onun yerinə təyin edəcək. Görünən budur ki, Kreml Vardanyan kartını aktivləşdirməklə, gözünü 2025-ci ilə dikib. Bu,o deməkdir ki, 2020-ci il 10 noyabr sazişinə görə,Qarabag ərazisində yerləşdirilən rus "sülhməramlıları" 2025-ci ildə regiondan çıxmaq niyyətində deyillər. Zənnimcə, Əliyev hökuməti də rusların niyyətindən xəbərdardır.


Rusiyanın planı belədir ki, bir müddət sonra Araik Arutunyan Miskvaya aparılacaq. Ona qədər isə Qarabağ parlamentinin səlahiyyətlərini üzərinı götürəcək "İctimai Şura" yaradılacaq və daha sonra Vardanyan bu qondarma şuranın sədri olacaq. Nəhayət,Arutunyan Moskvaya getdikdən sonra Vardanyan faktiki olaraq Qarabağda Rusiyanın növbəti canişini kimi fəaliyyətə başlayacaq. Moskvanın planı bu şəkildədir və Vardanyanın Arutunyanı əvəz etməsi bu üsulla reallaşdırılacaq.


Ümumiyyətlə, Qarabağın tarixinə nəzər yetirsək görərik ki, separatçı ermənilər bu regionda indiyəcən 6 "prezident"seçkisi, 7 "bələdiyyə seçkisi", 7 "parlament seçkisi", 3 "referendum" keçiriblər. Qarabağdakı separatçı ermənilər 1991-ci ilin sentyabrın 2-də "müstəqil dövlət"  elan ediblər. Separatçı rejimə indiyəcən Leonid Petrosyan, Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik ediblər. Hazırda isə Qarabağdakı separatçı rejimə Araik Arutunyan rəhbərlik edir. İstisnasız olaraq,Qarabağda etnik konflikti yaradan Rusiya ərazini həmişə öz adamlarıyla idarə edib. Görünür, Cənubi Qafqazdan çıxmaq istəməyən Rusiya Ruben Vardanyanı yeni "canişin" kimi təyin etməklə, problemin yekun həllini öz geopolitik hədəfləri naminə yenə də dondurmağa çalışır.


Kamal Əliyev,

Politoloq




Ana səhifəyə qayıt        Baxış: 6 083          Tarix: 5-10-2022, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma