Xəbər lenti

 

Türk və italyan arxeoloqlardan ibarət qrup üzərində gülən insan üzünün ən qədim qrafik təsviri olan saxsı qab aşkar edib.

Ovqat.com Trend-ə istinadən bildirir ki, bu barədə qrupun rəhbəri, Bolonya Universitetinin professoru Nikolo Marketti deyib.

O qeyd edib ki, bu mövsümün ən maraqlı tapıntısı Türkiyənin Qaziantep vilayətinin Karkamış şəhərində aparılan arxeoloji qazıntılar zamanı üzərində "smaylik" əks olunan su qabının aşkar edilməsi oldu: "Qabın eramızdan əvvəl 1700-cü ilə aid edilir. Deməli, biz dünyada ən qədim "smaylik"i tapmışıq. Ustanın bunu hansı məqsədlə qabın üzərinə çəkdiyini deyə bilmirik".

Saxsı qab Qaziantep Arxeologiya Muzeyinə təhvil veriləcək.

Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinin 5 min ildən çox yaşı var.




Ana səhifəyə qayıt        Baxış: 1 489          Tarix: 18-07-2017, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma