Xəbər lenti

Rusiyalı iş adamı, “Rossiya” bankının əsas səhmdarı Yuri Kovalçuk Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarına təsir edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin yazısında deyilir. Nəşrin informasiyasına görə, Kovalçukun media imperiyası Putinə Kremlin informasiya xəttini irəlilətməyə kömək edir.

Qeyd olunur ki, Kovalçuk Rusiya hökumətində rəsmi vəzifə tutmur. Kreml siyasətini yaxından izləyən ekspertlərin fikrincə, o, Kreml siyasətində böyük təsirə malikdir, Kremlin istifadəsində olan malikanə və yaxtaların idarəçiliyinə, prezident ailəsi üçün gəlirli işlərin və səhmlərin təmin olunmasına kömək edir.

WSJ pandemiya dövründə Kovalçukun Rusiya prezidenti ilə görüşən yeganə adamlardan biri olduğunu xüsusi vurğulayıb. Məqalə müəlliflərinin yazdığına görə, iki dost bəzən saatlarla birlikdə Qərblə artan münaqişəni, Rusiyanın tarixini və ortaq maraqlarını müzakirə ediblər. Yazıda qeyd olunur ki, məhz Kovalçuk Putini Qərbin zəif olduğuna və Rusiyanın Ukraynanın işlərinə qarışaraq öz hərbi gücünü nümayiş etdirməsi və suverenliyini qorumağın vaxtı çatdığına inandırıb.

Kreml WSJ-nin Rusiya prezidenti ilə Kovalçuk arasındakı münasibətlərə dair sorğusuna cavab verməyib. Qəzet Kovalçukun Putinə internet üzərində nəzarəti gücləndirməyə kömək etdiyini bildirib. Bu da Kremlin 2024-cü il prezident seçkilərindən sonra gəncləri ələ almaq üçün çox vacibdir. Bununla əlaqədar 2021-ci ilin sonunda Rusiyanın ən böyük sosial şəbəkəsi olan “Vkontakte”ni idarə edən “VK şirkəti” Kovalçukun nəzarətinə verilib.




Ana səhifəyə qayıt        Baxış: 3 477          Tarix: 7-12-2022, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma