Xəbər lenti

Ermənistan Səhiyyə Nazirliyi Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində ölənlərin sayını açıqlayıb.

Səhiyyə naziri Anait Avanesyan bildirib ki, hadisə nəticəsində 125 nəfər həlak olub.

Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 26-09-2023, 22:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma