Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının ölkədə fəaliyyətinin davam etməsində heç bir üstünlük görmədiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə Nikol Paşinyan “Wall Street Journal” müsahibəsində deyib.
Paşinyan bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.
Qeyd edək ki, Ermənistanda 102-ci Rusiya hərbi bazası mövcuddur. Hazırda şəxsi heyətinin 4 000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir.
İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir.
Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir.
Paylaş: