Xəbər lenti
27-11-2024, 19:25

Fələstinin HƏMAS radikal hərəkatı “Rəfah” nəzarət-keçid məntəqəsi vasitəsilə Qəzza zolağını tərk edə biləcək insanların siyahısını dərc edib.

“Noyabrın 1-də “Rəfah” nəzarət-keçid məntəqəsindən keçə biləcək digər ölkələrin pasport sahiblərinin siyahısını dərc edirik. Sənəddə adı çəkilən vətəndaşlar keçid prosesini asanlaşdırmaq üçün saat 07:00-da keçid məntəqəsində olmalıdırlar”, - deyə anklavın sərhəd xidmətinin “Facebook” səhifəsində dərc olunan məlumatda bildirilib.

Nəzarət-keçid məntəqəsinə müəyyən edilmiş müddətdən gec gələnlərin sərhəddən buraxılıb-buraxılmamaları ilə bağlı isə məlumat verilməyib.

Siyahı gecə saatlarında dərc edilib, HƏMAS-ın media resurslarında isə bu barədə məlumatlar təkrar paylaşılmayıb.  

HƏMAS-ın dərc etdiyi siyahılara Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları daxildir. Bundan əlavə, Beynəlxalq Qızıl Xaç Komitəsinin və anklavda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) əməkdaşlarının da Qəzzanı tərk etmələrinə icazə veriləcək. HƏMAS hansı QHT-lərin nəzərdə tutulduğunu isə qeyd etməyib.

Ümumilikdə siyahıda ən azı 430 nəfər var. Xarici vətəndaşlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarının əməkdaşları ilə yanaşı, siyahıya ikili vətəndaşlığı olan fələstinlilər də daxil edilib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 728          Tarix: 1-11-2023, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma