Qarpız alanda bir çoxumuz yaxşı almağına əmin olmaq üçün onu kəsdirir. Lakin həkimlər xəbərdarlıq edir ki, bu qəti şəkildə yolverilməzdir.
Araşdırmalar göstərir ki, bazarlarda, supermarketlərdə və s. yerlərdə satılan qarpızların üzərində çoxlu sayda ziyanlı mikroblar olur. Qarpızı kəsdirəndə bu ziyanlı agentlər qarpızın içərisinə düşür və burada sürətlə çoxalmağa başlayır ki, bu da zəhərlənməyə səbəb ola bilər. Qarpızı kəsəndən əvvəl mütləq axar suda yaxşı yumaq lazımdır.
Həmçinin mütəxəssislər kəsilmiş qarpızı soyuducuda saxlamağı tövsiyə etmirlər. Bu da zəhərlənmənin riskini artırır. Kiçik qarpızlar alın ki, artıq qalmasın və soyuducuda saxlmağa ehtiyac yaranmasın.
Yol kənarlarında satılan qarpızlar da təhlükə mənbəyidir. Onlar avrtomobillərin işlənmiş qazında olan ziyanlı maddələri özünə hopdurur. Belə yerlərdə qarpız, yemiş və digər meyvə və tərəvəzləri almaq düzgün deyil. /Saglamolun.Az/
Paylaş: