Xəbər lenti
Dünən, 19:25

Əfsanəvi Dieqo Maradonanın kiçik oğlu Dieqo Armando Maradona atasının öldürüldüyünü bildirib.

O, “Marca”ya açıqlamasında deyib: “Açıq istintaq gedir. Biz Argentina ədalətinə inanırıq. Əminəm ki, bu, belə bitməməli idi. Atamı öldürdülər. Bunu kimin etdiyini demək mənim işim deyil. Bu barədə fikirlərim var, amma ifadə edə bilmirəm. Onu taleyin ümidinə buraxdılar, halbuki nəsə etmək olardı. Mən söz vermişəm: həyatımın son gününə qədər ədalət uğrunda mübarizə aparacağam”.

Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Argentinalı xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi nəticəsində dünyasını dəyişib. (Qafqazinfo)




Ana səhifəyə qayıt        Baxış: 3 528          Tarix: 14-01-2024, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma