Xəbər lenti

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən “qisas əməliyyatı” zamanı Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.




Ana səhifəyə qayıt        Baxış: 5 537          Tarix: 13-02-2024, 10:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma