Avropada elə ölkələr var ki, Azərbaycan vətəndaşları həmin ölkələrə vizasız gedə bilərlər. Həmçinin bu ölkələr turizm xidmətlərinin ucuzluğu ilə də seçilir. Ölkə 0vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr Makedoniya, Albaniya, Monteneqro və Bosniya Hersoqavinyadır. Azərbaycan vətəndaşları Monteneqroya yalnız yay aylarında vizasız səfər edə bilərlər.
Ovqat.com Fins.az-a istinadən azərbaycanlıların Avropada vizasız gedə biləcəkləri ölkələrə səyahət qiymətlərini təqdim edir.
Makedoniya
Paytaxt Skopyeyə səfər zamanı şəhərin müasir tikililəri ilə yanaşı tarixi yerlərlə də tanış olmaq olar. Belə ki, paytaxt Skopyedə Makedoniya meydanı, daş körpü, döyüşçü abidəsi, saat qülləsi – “Saat Kula”ya da tamaşa etmək mümkündür. Bundan başqa Skopye qalası və qadim Çarşiya bazarına da baş çəkə bilərsiz.
Qeyd edək ki, Makedoniyaya Bakıdan birbaşa uçuş olmadığından Türk Hava Yolları (THY) ilə fasiləli uçuşla biletə 410 manatdan başlayan qiymətlərlə uçmaq olar. Skopyeyə gediş-gəliş aviabileti 800 manatdan bir qədər baha başa gələcək.
Skopyedə qonaqlamaya gəlincə, qiymətlər sizin büdcənizə uyğundur. Burada 4 ulduzlu hotellərdə qonaqlama 110-120 manatdan başlayır. Qiymətə səhər yeməyi də daxildir. 2-1 ulduzlu və ya ulduzsuz hotellərdə qiymətlər bir qədər də ucuz olur. Adətən belə mehmanxanalarda nömrədə qonaqlama qiymətləri 80-90 manata və ya bir qədər də ucuz olur.
Skopyedəki hostellərə gəlincə isə paytaxtın mərkəzi küçələrində yerləşən bir neçə otaqlı hostellərdə 18-53 manat ödəməklə gecələmək mümkündür. Məlumat üçün bildirək ki, əgər turizm şirkəti ilə adıçəkilən ölkəyə 3 gecə 4 günlük tur paket sifariş etsəniz, bu zaman 1 nəfər üçün 671 dollar ödəmək lazım olacaq.
Bosniya və Hersoqavinya
Azərbaycandan Sarayevo şəhərinə THY-dan bilet almaqla səfər edə bilərsiz. Bir nəfərin iyun ayında Sarayevoya gedib-gəlməsi üçün 921 manat ödəmək lazımdır.
Sarayevo şəhəri qərblə şərqin qovuşduğu məkandır. Belə ki, şəhərin şərq hissəsi Osmanlı imperiyası zamanı tikilmiş tikililərlə zəngindir. Şəhərin qərb hissəsi isə Avstriya-Macarıstan imperiyası vaxtı tikilən tarixi tikililərlə zəngindir.
Bosniya və Hersoqaviniya paytaxtında qonaqlamaya gəlincə, 4 ulduzlu hotellərdə 100-144 manata səhər yeməyi daxil qonaqlamaq olar. Hostellərdə isə 10 manatdan başlayan qiymətlərlə gecələmək mümkündür.
Sarayevoda restoranlara gəlincə, 13 manat ödəməklə nahar etmək mümükündür. Bu qiymətə borş + göbələkli pasta və çay sifariş etmək mümkündür. 5 manat ödəməklə isə yerli sup növlərindən sifariş etmək olar.
Qeyd edək ki, adları sadalanan ölkələr qonşu olduğundan xərclər demək olar ki, hamısında eynidir.
Albaniya
Tirana şəhərinə də səfər THY –dan bilet alaraq səfər etmək mümkündür. Belə ki, bu zaman aralarında bir həftəlik fərq olan gediş -gəliş bileti üçün 934 manat ödəmək lazım olacaq.
Tiranada çoxlu sayda parklar var. Bundan başqa şəhərdə tarixi abidələrə də baş çəkmək olar. Belə ki, şəhərdə Zəngli saray, Kafedral sarayı və Süleyman Paşaya həsr olunmuş abidə var.
Məlumat üçün bildirək ki, əgər turizm şirkətlərinin birinin xidmətlərindən yararlanmaq qərarına gəlsəz 718 dollar ödəməklə Albaniyada 3 gecə 4 gün istirahət etmək olar.
Tiranada 3 ulduzlu hotellərdə 50-60 manat ödəməklə qonaqlamaq olar. Hostellərdə gecələmək isə 13 manatdır.
Tirana restoranlarında adambaşına 10 manat ödəməklə iki cür yemək sifariş etmək olar. Şəhər ictimai nəqliyyatından isə 0.44 manat ödəməklə bir istiqamətdən digərinə getmək mümkündür.