Xəbər lenti

Strasburqda Avropa İttifaqının (Aİ) Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq olunmasına dair qərarın imzalanma mərasimi keçirilib.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Aİ-yə sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib.

“Biz buna nail olduq. Hər şey qaydasındadır, hər kəs məmnundur. Biz buradayıq, biz çox şadıq, hər kəs – siyasətçilər, jurnalistlər, 45 milyon ukraynalı məmnundur”, - deyə Poroşenko vurğulayıb.
Qeyd edək ki, Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Bunun iyunun 11-də baş verəcəyi gözlənilir.

 




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 17-05-2017, 17:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma