Xəbər lenti

Kiyevdə uşaq xəstəxanasına atılan raket, görünür, Norveç tərəfindən Ukrayna hakimiyyətinə verilən NASAMS qurğusu tərəfindən buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Biz həmçinin Zelenskinin qruplaşmasını bu NASAMS qurğusu ilə təmin edən Norveç hakimiyyətinin reaksiyasını gözləyirik”, - deyə diplomat bildirib.

Qeyd edək ki, Rusiyanın Kiyev və digər Ukrayna şəhərlərinə kütləvi raket zərbələri nəticəsində 43 nəfər ölüb və 168 nəfər xəsarət alıb.

Hücumlar zamanı Kiyevdə uşaq xəstəxanasına da zərbə endirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 348          Tarix: 9-07-2024, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma