Xəbər lenti

Böyük Britaniya, İtaliya və Yaponiya birlikdə Farnboroda keçirilən beynəlxalq aviasiya sərgisində (22-26 iyul) 2035-ci ilə qədər hazır olacaq altıncı nəsil qırıcının yeni konseptual modelini təqdim ediblər.

TASS xəbər verir ki, Qlobal Döyüş Hava Proqramı (GCAP) layihəsi üzrə ilkin işlər əsasən başa çatıb.

"BAe Systems" müdafiə korporasiyasının liderlərindən biri Herman Klasenin jurnalistlərə verdiyi məlumata görə, "Mitsubishi Electric Corporation" və "Leonardo" da daxil olmaqla, tərəfdaşlar 2025-ci ildə qırıcının dizayn və inkişaf mərhələsinə keçəcəklər.

Əvvəlki prototiplərdən daha geniş qanadlara malik yeni model gələcək qırıcı konseptinin dizaynında və inkişafında əhəmiyyətli irəliləyişi nümayiş etdirir.




Ana səhifəyə qayıt        Baxış: 3 184          Tarix: 23-07-2024, 09:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma