Xəbər lenti

Regionda (mərkəzi Livandadır) yeni müharibə yetişir və bu, şübhəsiz ki, Cənubi Qafqaza da təsir edəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan bildirib.

“- Türkiyə Azərbaycan vasitəsilə Zəngəzur dəhlizinin açılması üçün diplomatik və hərbi təzyiqləri artırır. Onların cədvəlinə uyğun olaraq, yaxın bir neçə ayda (ilin sonuna qədər) buna nail olmalıdırlar;

- Rusiya-Türkiyə münasibətlərində gərginlik meyli ilə nəzərəçarpacaq dərəcədə soyuma var;

- Bu ilin payızında Gürcüstanda qaynar geosiyasi döyüş gözlənilir: parlament seçkiləri təkcə seçkilərlə məhdudlaşmayacaq.

Bu dörd məsələ (Yaxın Şərqdəki yeni müharibə ehtimalı ilə birgə - red.) mövcud çağırışlara əlavə edildi.

Dördü də Ermənistan üçün partlayış təhlükəsidir.

Dördünə də hazırlığa başlamalıyıq – həm də dünəndən.

Dördünə də biganəlik var”, - o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 882          Tarix: 28-07-2024, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma