Xəbər lenti

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

TNS xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Kollegiya iclasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Hesablama Palatası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində 400 min manatdan çox dövlət vəsaitinin mənimsənilməsi faktını aşkarlayıb. Faktla bağlı Baş Prokurorluqda cinayət işinin başlanması gözlənilir. Səhmdar Cəmiyyətin sədri Sahil Tahirli həbs oluna bilər. 




Ana səhifəyə qayıt        Baxış: 4 913          Tarix: 31-07-2024, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma