Xəbər lenti

ABŞ təhlükəsizlik xidmətinin yüksəksəviyyəli nümayəndə heyəti Omanın vasitəçiliyi ilə gizli şəkildə Tehrana səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə informasiyanı Küveytin "Al Jarida" qəzeti yayıb.

Mənbə iddia edir ki, nümayəndə heyətinin əsas məqsədi İsmayıl Haniyənin öldürülməsindən sonra bölgədə İranla İsrail arasında yaranmış gərginliyi azaltmaq olub.

Oxşar iddia ilə "Fox News" də çıxış edib.

Agentliyin dərc etdiyi xəbərdə iddia olunur ki, ABŞ-ni təmsil edən heyət Türkiyə üzərindən İrana yollanıb və İran rəsmiləri ilə ikisaatlıq görüş keçiriblər.

İddia olunur ki, ABŞ nümayəndə heyəti HƏMAS liderinin qətlində birbaşa və ya dolayısı ilə əli olan və hazırda İranda fəaliyyət göstərən 10 "Mossad" agentinin adını Tehrana təhvil verib.

Mənbə iddia edir ki, ABŞ bu addımı ilə İrana "xoşməramlı" jest edib və Tehranı əmin etməyə çalışıb ki, İsrailin həyata keçirdiyi əməliyyat ştatlarla koordinasiya olunmayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 270          Tarix: 15-08-2024, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma