Xəbər lenti

İsrail polisi və Şin Bet bazar ertəsi yeddi israillini İrana casusluqda şübhəli bilərək həbs edib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

Bildirilib ki, şübhəlilər İran üçün 600-ə yaxın missiya yerinə yetirib, o cümlədən həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İran üçün potensial insan hədəflərinin müəyyən edilməsinə dəstək olublar.

Onların Ramat David aviabazası, Nevatim aviabazası, Glilot və ötən həftə Hizbullahın pilotsuz uçan aparatının hücumunda dörd əsgərin öldürüldüyü Qolani briqadası haqda məlumatlar topladığı şübhəsi var.

Bildirilib ki, yeddi şəxsin hamısı yəhudidir, İsrail vətəndaşıdır, Azərbaycanda doğulublar.




Ana səhifəyə qayıt        Baxış: 3 016          Tarix: 21-10-2024, 21:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma