Xəbər lenti

İran Suriyadan Livana tunel çəkibmiş.

Axar.az "Azad İran" Teleqram kanalına istinadla xəbər verir ki, Suriyadan Livana qədər uzanan və ağır avtomobil üçün uyğun olan tuneli “Heyət Təhrir əş-Şam” (HTŞ) qüvvələri tapıblar.

Məlumata görə, buradan Livana silahlar ötürülüb, oradan isə "Hizbullah" hərəkatının üzvlərinə çatdırılıb.

Mütəxəssislər onlarla kilometrlik tunelin dəyərinin 10 milyardlarla dollar olduğunu ehtimal edirlər.

Yeri gəlmişkən, bəzi iqtisadi ekspertlər İranın Suriyadakı xərclərini yarım trilyon dollardan çox qiymətləndirirlər.




Ana səhifəyə qayıt        Baxış: 2 680          Tarix: Bu gün, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma