Xəbər lenti

 

“Məlum yazını oxuyandan sonra şəxsən özüm Zadə ilə danışdım. Bakı vaxtı ilə gecə saat bir, Koliforniya vaxtı ilə isə gündüz saat 1 idi. Şəxsən özü ilə danışdım. Çünki yazılarda ifrata varılırdı. Bu cür yazılara ehtiyac yoxdu. Özü ilə danışdım. Avqustun 22-23-də Budapeştdə sözlə hesablama mövzusunda beynəlxalq konfrans  olacaq. O, fəxri sədr, mən isə sədrəm. Onu müzakirə etdik. Konfransa kimlərin gələcəyini müzakirə etdik. Kanada, Amerika, Avropa ölkələri, Yaponiyadan nümayəndələr gələcək. Mənə də təşəkkür etdi ki, sağ olun ki, zəng vurub maraqlandınız”.
Ovqat.com bildirir ki, bunu moderator.az  saytına açıqlamasında dünən vəsiyyəti yayılan dünyanın nəhəng alimlərindən biri Lütfi Zadənin elmi silahdaşı və varisi olan tanınmış alim professor Rafiq Əliyev deyib.
Qeyd edək ki, dünən vəsiyyət mətni yayılan Lütfi Zadənin hətta dünyasını dəyişməsi, durumunun ağır olması haqqında da məlumatlar yayılmışdı. Qeyd edək ki, vəsiyyət həm də hüquqi bir sənəddir. İnsan yaşının istənilən mərhələsində onu yazmaq hüququna malikdir. Səhhətində gəldikdə isə, Rafiq Əliyev onun elmi konfrans haqqında düşündüyünü bildirib.
Bizdə sosial şəbəkələr və saytlarda ifrata varılıb. İnanın,12 saat bundan əvvəl danışmışam. Hər şey qaydasındadı.



Ana səhifəyə qayıt        Baxış: 1 130          Tarix: 10-08-2017, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma