Xəbər lenti

Avropa İttifaqı (Aİ) Rusiyanın qalıq yanacağından imtina kursuna sadiq qalacaq və ölkəyə qarşı sanksiyaların, o cümlədən enerji sahəsində məhdudiyyətlərin tətbiqini davam etdirəcək.

Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.

"Bizim Rusiyaya qarşı enerji sahəsində sanksiyalarımız qüvvədədir və bu, REPowerEU-nun (Aİ-nin enerji müstəqilliyi planı) məqsədlərində göstərildiyi kimi, Rusiyanın qalıq yanacağından asılılıqdan tədricən azad olmaqla bağlı kursumuzun bir hissəsidir. Bu, enerji daşıyıcılarından mərhələli şəkildə tam imtinanı nəzərdə tutur", - o qeyd edib.

Pinyu əlavə edib ki, Aİ Rusiyadan qalıq yanacaq idxalından tədricən imtinaya töhfə verəcək 16-cı sanksiya paketini müzakirə edir.




Ana səhifəyə qayıt        Baxış: 2 930          Tarix: Dünən, 23:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma