Xəbər lenti

Baş Prokurorun əmrilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Fəxri Məmmədov Yardımlı rayon prokuroru vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Fəxri Məmmədov əvvəllər Gəncə şəhər prokurorunun köməkçisi, Abşeron rayon prokurorluğunun müstəntiqi və prokurorun böyük köməkçisi vəzifələrində işləyib.

Bundan başqa, baş prokurorun başqa bir əmri ilə Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 508          Tarix: 25-06-2025, 17:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma