
İsrail və İran arasında əldə olunmuş atəşkəsdən sonra təhlükə hələ də qaldığı üçün Hörmüz boğazı ətrafında üzən ticarət gəmiləri öz mənsubiyyətləri barədə yalan məlumatlar yayırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Windward" şirkətinin və monitorinq məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, 12-24 iyun tarixləri arasında 55 gəmi 101 qeyri-adi siqnal göndərərək guya Rusiya neftini daşıdıqlarını və ya Çin şirkətlərinə məxsus olduqlarını bildirib.
"Windward" şirkətinin baş direktoru Ami Danielin sözlərinə görə, gəmi sahibləri ABŞ, Böyük Britaniya və ya İsraillə əlaqəli gəmilərin hələ də potensial hücum hədəfi olacağından ehtiyat edirlər. Onun fikrincə, Rusiya və ya Çinlə əlaqəli olduğunu göstərmək bu gəmilər üçün bir növ müdafiə vasitəsidir.
Paylaş: