
Xəbər lenti
Dünən, 22:16
Dünən, 21:30
Dünən, 20:25
Dünən, 17:10
Dünən, 12:15
Dünən, 11:05
Dünən, 10:08
17-07-2025, 23:30
17-07-2025, 23:00
17-07-2025, 22:11
17-07-2025, 21:30
17-07-2025, 21:00
17-07-2025, 19:29
17-07-2025, 18:00
Ötən gün Fransa Seneqaldakı son hərbi bazalarını bu ölkənin rəsmilərinə təhvil verib. Bundan sonra Parisin təkcə Mərkəzi Afrikada deyil, Qərbi Afrikada da daimi bazaları qalmayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bununla da Fransa ordusunun Seneqaldakı 65 illik mövcudluğu başa çatıb. Burkina-Faso, Qabon, Kot-d'İvuar, Mali, Niger, Mərkəzi Afrika Respublikası və Çad da daxil olmaqla, bütün keçmiş koloniyalar sabiq metropoliyadan üz çeviriblər.
Seneqal Prezidenti Bissaru Diomay Fay Parisi müstəmləkə vəhşiliklərinə, soyqırımlarına görə üzr istəməyə çağırıb.
İndi Fransa yalnız Cibutiyə ümid edir. Belə ki, Afrikanın şərqindəki kiçik ölkədə Paris təxminən 1 500 nəfərlik hərbi kontingentini saxlayır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar