Xəbər lenti

  

Bakıda kütləvi dava olub.

Ovqat.com ARB TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, Mikayıl Rəfili küçəsində qeydə alınıb.

Belə ki, Bakıdakı restoranlardan birində xidmətçi işləyən və adları hələlik məlum olmayan 4 nəfər iş yoldaşları Kamal Məmmədovu döyüblər. Onlar dava zamanı K.Məmmədovun baş nahiyəsinə küt alətlə, habelə bədəninin ayrı-ayrı nahiyələrinə şüşə qırıqları ilə xəsarətlər yetiriblər.

K.Məmmədovu döyənlər hadisədən sonra ərazidən uzaqlaşıblar. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda kütləvi dava




Ana səhifəyə qayıt        Baxış: 781          Tarix: 15-08-2017, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma