Xəbər lenti

 

Əgər ağappaq və güllü sarafanlardan, çoxqatlı ətəklərdən, çəhrayı və mavi köynəklərdən yorulmusunuzsa, sizə payız tendensiyalarına nəzər salmağı tövsiyə edirik. Əlbəttə ki, modapərəstlərə həcmli palto və ya qoyun dərisindən olan gödəkcə təklif etməyəcəyik. Hər şey daha sadə və əlçatandır.

Ovqat.com oxucuları sentyabr ayının əsas dəb trendləri ilə tanış edib.

Qırçınlı metal ətək və futuristik stil

Dizaynerlərin cəsarətinə çatmaq olmur. Onlar payız kolleksiyalarında ekstremal metal paltar, palto, toplar və.s geyimlər təqdim edib. Başdan-ayağa metal rəngli paltarlar geyinmiş modellər podiumda parıldayan yadplanetlilər kimi görünürdülər. Odur ki, siz də dəbdən kənarda qalmayın.

Dama-dama pencək

İstənilən dama-dama paltar (Bu, ətək, şalvar və ya pencək ola bilər) sizə doğma ofisin divarları arasında dəbli və maraqlı görünməyə kömək edəcək. Bu printlər ciddi görünmək və tərzinizi vurğulamaq üçün əla variantdır.

Qırmızı gül işləmələri

Parlaq rəngləri utanmayın! Payızda geyimlərin üzəri iri güllərlə zəngin olacaq.

Qırmızı damalar

Monoxrom (təkrəng) dəstlər uğurlu qadınların yeni uniformasıdır. Lakin daha ciddi və konservativ variantlara öyrəşmək lazımdır. Qırmızı rəngli dəstlərdə ağ eləmək olmaz. Məsələn, həddən artıq mini yubkalar işgüzar stil üçün yolverilməzdir.

Lələklər

Ötən il bütün mağazaların vitrinlərini bəzəyən volanları lələklər əvəz etməyə başlayıb. Belə bir dəstdə siz rəfiqənizin toyuna gedə bilərsiniz.

Alt paltarlarını nümayişə çıxarın

Təhlükəli və qalmaqallıdır. Odur ki, krujevalı bluzları və donları bir qədər ehtiyatla nümayiş etdirmək lazımdır. Məsələn, ciddi şalvar və ya yubkanı şəffaf mayka ilə birləşdirmisinizsə, üstündən jaket atın./Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 996          Tarix: 24-08-2017, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma