Xəbər lenti

Rusiyada prezident Vladimir Putinin xalqla sabah iyunun 15-də baş tutacaq növbəti birbaşa təmasına qatılmağa hazırlaşanlara xəbərdarlıq olunub, onların nəzərinə çatdırılıb ki, prezidentə sual vermək ərəfəsində spirtli içki içməsinlər və tədbir keçirilən gün su içməyi də məhdudlaşdırsınlar.

Virtualaz.org xəbər verir ki, birbaşa yayıma qatılacaq şəxslər əvvəlcədən müəyyən olunub və onları Moskva ətrafında yerləşən, prezidentin işlər idarəsinin balansında olan pansionata toplayıblar. Orada onları təlimatlandırıblar.

“Bizi bir neçə qrupa böldülər, hərə öz sualını oxudu. Telekanallardan gələn qızlar bizə diqqətlə qulaq asdı, bloknotlarında hansısa qeydlər elədi”-həmin “zəhmətkeşlərdən” biri bildirib. Onun dediyinə görə, regionlardan gələnlərə xəbərdarlıq ediblər ki, canlı yayım ərəfəsində içməsinlər və “poxmel” vəziyyətdə efirə qoşulmasınlar. Habelə onlara bildirilib ki, çox su da içməsinlər, çünki canlı yayım 4-5 saat davam edə bilər və onların tualetə getməyə imkanı olmaz. Habelə iştirakçılara dama-dama və zolaqlı köynəklər geyməmək tapşırılıb.

Situasiya ilə tanış olan anonim mənbə bildirib ki, belə təlimatlandırma Putinin hər il keçirilən birbaşa təması zamanı baş verir. “Birbaşa yayım şoudur, şouya isə yaxşı hazırlaşmaq lazımdır”-mənbə bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 849          Tarix: 14-06-2017, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma