Bakı şəhər Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsi istiqamətində avtomobillərin hərəkəti dayandırılıb.
Bakı Nəqliyyat Agentliyinin İcitmai Əlaqələr şəbəsindən Mais Ağayevin XəzərXəbər-ə verdiyi məlumata görə, sözügedən ərazdə təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti dayanıb.
"Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, hazırda ərazidə digər qurumlar tərəfindən iş gedir: "Ərazidə hal-hazırda "Azərsu", "Azəriqaz" ASC-nin əməkdaşları çalışır.
Yeraltı kommunikasiya sistemləri bərbad vəziyyətdə olduğu üçün onların bərpa olunması istiqamətində işlər gedir. Həmin qurumlar öz işlərini yekunlaşdırdıqdan sonra tərəfimizdən həmin yolda əsaslı təmir işlərinin görülməsi planlaşdırılır”.
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, əməkdaşlar həmin ərazidə işlərini yekunlaşdırıblar: "Rəsulzadə qəsəbəsi istiqamətində yolun kənarında əməkdaşlarımız tərəfindən yeni yağış suları xətləri çəkilib. İşlər qısa müddətdə yekunlaşdırılıb. Hazırda orada "Azəriqaz"ın əməkdaşları çalışır”.
"Azəriqaz” İstehsalat Birliyinin mətbuatla əlaqələr şöbəsinin sədri İbrahim Kərbəlayev isə bildirib ki, ərazidə onların əməkdaşları tərəfindən heç bir təmir işləri aparılmır.
Paylaş: