Xəbər lenti

 

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər elektron qaydada da cərimə olunacaqlar. Artıq xeyli sayda belə sürücü 40 manat miqdarında cərimə edilib. Bəs bu qayda sərnişinlərə də şamil olunacaqmı?

Yol polisi kəmər taxmayanları elektron qaydada cərimələməyə başlayıb.

Artıq bir neçə gündür ki, təhlükəsizlik kəmərini taxmayan sürücülər də kameralar vasitəsilə aşkar olunaraq, barələrində elektron protokol tərtib edilir. Hətta bir neçə sürücüyə protokol barədə SMS bildirişlər də göndərilib. Baş dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyir ki, artıq təhlükəsiz kəmərindən istifadə etməyən xeyli sayda sürücü cərimə olunub.

Burada əsas məqam sürücülərlə yanaşı, sərnişinlər barəsində də təhlükəsizlik kəmərindən istifadə etməməyə görə elektron protokol tərtib olunması ilə bağlıdır. Kamran Əliyev deyir ki, bu qayda sərnişinlərə tətbiq olunmayacaq.

Qeyd edək ki, sürücülər təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə edilirlər.




Ana səhifəyə qayıt        Baxış: 1 009          Tarix: 11-09-2017, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma