Xəbər lenti

 

Bu gündən etibarən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi, Dubay və Əl-Əyn şəhərlərində Cine Royale və Vox kinoteatr şəbəkələrində "Əli və Nino" filminin nümayişinə başlanılıb. Film ingilis dilində nümayiş etdirilir, ərəb dilində subtitrlərlə müşayiət olunur.

Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Akademy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları filmin premyerasını Əbu-Dabidə izləyiblər.

"Əli və Nino" filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Filmin BƏƏ-də nümayişi şübhəsiz ki, artıq məşhur turistik ölkə kimi tanınan Azərbaycanın bu ölkədə daha çox təbliğinə xidmət edəcək.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

Film bu ayın sonunadək nümayiş etdiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 14-09-2017, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma